«Sən, immiqrantlrı deportasiya etmək istəyirsən? Məndən başla…» - Nyu-Yorkun qubernatoru

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Nyu-York ştatının qubernatoru Endryu Kuomo Prezident Trampa xeyli maraqlı bir ismarıc göndərib: «Sən, immiqratları ölkədən deportasiya etmək istəyirsən? O zaman, mənbən başlı…»

Donald Tramp kimi, qubernator Endryu Kuomo da Kuins rayonunda doğulub və bununla, dövlət başçısına xatırlatmaq istəyib ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) demək olar, hamı immiqrantdır.

«Onlar Emma Lazarusun poemasının sözlərini xatırlamırlar: Mən, öz pəncəmi qızıl darvazanın yanında qaldırıram!». Və onlar başlıca qaydanı pozdular - kim olduqlarını və haradan gəldiklərini unutdular. Onlar Nyu-Yorklu olmalıdırlar və nyu-yorklular bir şeyi dəqiq bilirlər - onlar hamısı immiqrantdır. Onlar həqiqət axtarırlar - di, güzgüyə nəzər salın.Nə qədər ki, Siz, Amerikanın köklü qəbilələrinin - Kayyuqa, Moxok, Onondaqa, Onayda, Seneka kimi - üzvlərisiniz, mənim dostlarım, Siz də immiqrantsınız. Sən, immiqrantları deportasiya etmək istəyirsən? O zaman, məndən başla, çünki mən özümü immiqrant sayıram…» - deyə, qubernator bəyan edib.

Onun atası Mario İtaliyalıdır, bir vaxtlar Amerika Birləşmiş Ştatlarında qubernator olub.

Xatırladaq ki, ABŞ federal məhkəmələri artıq iki dəfə Trampın immiqrasiya sahəsindəki sərtləşdirici fərmanını bloklayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar