"Hüseynbala Mirələmovun vəziyyəti stabildir" -  Xəstəxana (Yenilənib)

Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Mərkəzi Klinik Xəstəxanasından APA-ya verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb. Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib

***

Azərbaycan Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun səhhətində problem yaranıb.

APA-nın məlumatına görə, deputat Mərkəzi Klinik Xəstəxanasında müalicə olunur.

Beyindaxili təzyiqdən əziyyət çəkən deputat iki gün əvvəl ağır vəziyyətdə klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının verdiyi məlumata görə, vəziyyəti orta stabildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar