"ABB-nin xarici borclarının restrukturizasiyası ən optimal variantdır" - Nazir müavini

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) xarici öhdəliklərinin restrukturizasiyası ən optimal çıxış yoludur". "APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqı biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

Təbdir iştirakçılarından biri nazir müavininə "niyə ABB-nin borclarını ödəmək iqtidarında ola-ola xarici öhdəliklərini restrukturizasiya etmək, bununla da ölkənin kredit və investisiya reytinqi üçün təhlükə yaratmaq qərarına gəlib?" sualını verib.

"Azərbaycan ən optimal variant üzərində çalışır. Ölkənin valyuta ehtiyatlarından istifadə ən son variantdır", - deyə S.Babayev cavab verib.

Mayın 11-də ABB xarici öhdəliklər (3,34 mlrd. dollar) üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.

ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Bankın səhmlərinin 91,3%-i dövlətə məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar