ABŞ dövlət katibinin müavini Rusiyaya gəlir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 23-də Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin müavini Tom Şennon Moskvaya səfərə gələcək. «ABC News»-n xəbərinə görə, amerikalı diplomat Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabovla görüşməyi planlaşdırır.

Bu görüş iki ölkə arasında «qıcıqlandırıcı faktor»ların aradan qaldırılması istiqamətində başlanmış dialoqun davamı hesab olunur.

Mümkündür ki, görüş zamanı ABŞ-dakı iki diplomatik obyektə Rusiyanın girişinin geri qaytarılması məsələsi də müzakirə olunsun.

Dövlət Departamentindən səfərin tarixi barədə hələlik heç bir məlumat verilmr.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar