Eyfel qülləsi yenə işıqları söndürəcək - Bu dəfə İrana görə

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin işıqları İranda baş vermiş terror aktları ilə əlaqədar söndürüləcək.

Trend-in məlumatına görə, bu barədə Parisin meri Ann İdalqo “Twitter” səhifəsində yazıb.

O, qüllənin işıqlarının bu gecəyarısı söndürüləcəyini bildirib.

Qeyd edək ki, ötən gün İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, 52 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar