Koreya lideri Azərbaycan prezidentinə məktub göndərib

Koreya prezidenti Mun Ce-in azərbaycanlı həmkarı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Koreya Respublikasının Hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Tarixin son 25 ili ərzində müstəqil Azərbaycan yalnız siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində deyil, cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub. Sıx əlaqələrimiz və mədəni köklərimizdəki oxşarlıqlar əsasında qurulmuş və zaman keçdikcə dərinləşən əməkdaşlıq münasibətlərimizin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə ümid edirəm. Zati-aliləri, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasına əbədi firavanlıq arzularımı çatdırıram”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar