Hilal Məmmədov yenə saxlanıldı

"Tolışi sado" qəzetinin baş redaktoru Hilal Məmmədov saxlanılıb.

Onun qardaşı Səbahəddin Məmmədov “Turan”a bildirib ki, saat 11:30-a yaxın sahə polis mükəkkili Hilalın yanına gələrək məhkum olunmuşlarla profilaktik söhbət məqsədilə onun ofisinə getməsini xahiş edib.

Sonradan Hilal evə telefon edərək "Gənclik" metro stansiyası yaxınlığındakı idarəyə aparıldığını bildirib. Mənbəyə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi həmin ərazidə yerləşir.

Eyni zamanda məlum olub ki, Masallı Rayonu Talış Mədəniyyət Mərkəzinin fəalı Fərid Abbasov Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə “Turan”a "Tolışon sado" qəzetinin baş redaktoru, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Cəlilov bildirib.

O güman edir ki, F.Abbasovu bu ilin qışında Ermənistana qaçmış Şahin Mirzəliyevin işi üzrə şahid ifadəsi vermək üçün aparıblar.

R.Cəlilov deyib ki, mayın 26-da onun özünü də sərhəddə saxlayıblar və prokurorluğa apararaq bu iş üzrə şahid kimi dindiriblər.

O, hüquq-mühafizə orqanlarının məcburi tədbirlərindən təəccübləndiyini bildirib. "Bizi çağıra bilərdilər və biz də gedib ifadə verərdik", - R.Cəlilov vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar