“Təslim olmayacağıq” - Qətərdən bəyənat

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Təni digər ölkələrlə yaşanılan siyasi böhran haqqında danışıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Əl-Təni ölkəsinin təcrid edilməyə çalışıldığını və bu böhranın Körfəz regionunda sabitliyi pozduğunu deyib.

Qətərin XİN rəhbəri problemin həlli olaraq diplomatik yollara üstünlük verdiklərini bildirib:

“Qida təminatı çətinliyi ilə bağlı deyə bilərəm ki, sonsuza qədər belə yaşaya bilərik. Hərbi yolla nəticəyə çatmaq mümkün deyil”.

Əl-Təni 5 min Türkiyə əsgərinin Qətərdə yerləşdiriləcəyi qanun layihəsini də şərh edib və deyib ki, türk əsgərlər regionun təhlükəsizliyi üçün gələcəklər.

O, heç bir halda Qətərin xarici siyasətinə heç kimin müdaxilə etməsinə icazə verməyəcəklərini də sözlərinə əlavə edib:

“Heç vaxt təslim olmayacağıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar