Ermənilərin Ağdamda törətdiyi yanğınla bağlı - Rəsmi açıqlama

Erməni hərbi birləşmələrinin Ağdam rayonunun işğal altında olan ərazilərində yanğın törətmələri adi haldır.

"AzPolitika" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı bildirib ki, ermənilər hər il yay mövsümündə işğal altındakı ərazilərə od vururlar:

"Bu, hər il təkrarlanır. İşğal altındakı ərazilərdə quru ot, kol-kosları hər il yandırıb sensasiya yaratmaq istəyirlər. Bu il də həmin əraziləri yandırırlar. Bizdə olan ərazilər tam nəzarət altındadır. Yanğının bizim nəzarətimiz altında olan ərazilərə, yaşayış məntəqələrinə keçmək təhlükəsi yoxdur. Azərbaycan Silahlı Qüvvələri əraziləri tam nəzarətdə saxlayırlar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar