Cənubi Sudanda avtomobil karvanı atəşə tutulub, 15 nəfər ölüb

Cənubi Sudanda yol ilə hərəkətdə olan nəqliyyat vasitələri silahlı dəstənin hücumuna məruz qalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hücum Moli kəndi yaxınlığında baş verib.

Qeyd olunur ki, atəşə iki mülki və bir hərbi nəqliyyat vasitəsi məruz qalıb.

Nəticədə 15 nəfər həlak olub. Daha 9 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Afrika ölkəsinin hökuməti insidentin araşdırılması ilə məşğul olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar