İŞİD terror qruplaşmasının 20 minədək üzvü var… – BMT hesabat açıqladı

İŞİD terror qruplaşmasının 20 minədək üzvü var.

APA-nın məlumatına görə, bu barədə BMT baş katibinin İŞİD-in sülhə və təhlükəsizliyə yaratdığı təhdid haqqında 5-ci hesabatında bildirilir.

"İŞİD silahlılarının sayı son 16 ay ərzində xeyli azalıb və hazırda qruplaşmanın 12 mindən 20 minədək üzvü var. Eyni zamanda başqa ölkələrdən əcnəbi terrorçuların İraq və Suriyaya axını azalıb. Lakin həmin silahlıların öz vətənlərinə qayıtması və digər bölgələrə gedib çıxması hazırda beynəlxalq təhlükəsizliyə çox ciddi təhdid yaradıb”, – deyə hesabatda bildirilir.

"Son 16 ayda qruplaşmanın apardığı təbliğatın miqyası da xeyli azalıb, onun əsas ideyası da dəyişib: əgər əvvəllər əsas ideya "dövlət quruluşu” ilə bağlı idisə, hazırda əsas diqqət hərbi nailiyyətlərə yönəldilir”, – deyə sənəddə qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar