SABİQ FTB DİREKTORU TRAMPDAN NİYƏ ŞÜBHƏLƏNİB? -  Senatda dinləmələr + VİDEO

Ötən gün Bakı vaxtı ilə axşam saatlarında ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komi Senatın Senatın kəşfiyyat üzrə xüsusi komitəsində dinləmələrdə ifadə verib. Dinləmə Komi işdən azad edildikdən sonra bir ay sonra baş tutub və təxminən üç saat davam edib. Komi dinləmələrdə FTB-nin Rusiya təhqiqatı, Trampla gizli görüşmələri və Hillari Klintonun elektron ünvanının təhqiqatı məsələləri barədə danışıb. Bununla belə, CNN yazır ki, Kominin ifadəsində nə demək istədiyini həm respublikaçılar, həm də demokratlar üçün o qədər də aydın deyil. Virtualaz.org qeyd edir ki, bu bütün dünyanınb həyacanla gözlədiyi dinləmələri bir neçə aparıcı telekanal canlı yayımlayıb. “Azadlıq” radiosu isə dinləmələrin rus dilində sinxron tərcüməsini yayıb.

Xəbər verildiyi kimi Ceyms Komi dinləmələrdən əvvəl ifadəsini yazılı təqdim edib və bu ifadə mətbuatda yayılıb. Keçmiş FTB direktoru ifadəsində prezident Donald Trampla iki təkbətək görüşü və bir neçə telefon danışığı haqda detalları çatdırıb. Trampın ona vəzifədə qalmaq üçün milli təhlükəsizlik müşaviri Maykl Flinlə bağlı təhqiqatı dayandırmağı təklif etdiyini deyib. Habelə Tramp Komiyə təzyiq göstərib ki, ictimaiyyət qarşısına çıxıb onun özünün Rusiya məsələsinə görə təhqiqat altında olmadığını bəyan etsin.

Ceyms Kominin dindirilməsi 3 saata yaxın davam edib, senatorlar onu sual yağışına tutublar. Komey ifadəsinin əvvəlində deyib ki, onu Konqres on il müddətinə FTB direktoru vəzifəsinə təyin etmilşdi: “Lakin mən indi başa düşürəm ki, prezident məni hər hansı səbəbdən və ya səbəbsiz olaraq işdən kənarlaşdıra bilərmiş”.

Suallara cavab verərkən, Komey Rusiyanın ABŞ seçki kampaniyasına müdaxiləsinə tam əmin olduğunu bildirib. Keçmiş direktor deyib ki, belə bir müdaxilənin mövcudluğunu ilk dəfə 2015-ci ilin yayında bilib. Komi Trampın onu guya işinin öhdəsindən yaxşı gələ bilmədiyinə görə vəzifədən çıxarmasına dair iddiasını rədd edib. Deyib ki, prezident onu işinin öhdəsindən gələ bilməməkdə ittiham edərək kollektiv qarşısında nüfuzdan salmaq istəyib. “Bu sözlər məni sarsıtdı, mən bunu təhqir kimi qəbul etdim”-keçmiş direktor bildirib. Komi əlavə edib ki, Tramp özü daha sonra FTB direktorunun Rusiya təhqiqatına görə işdən azad edildiyini etiraf edib.

Ceyms Komi deyib ki, əvvəllər prezident Obama ilə hər hansı danışıqlarının qeydiyyatını aparmasa da, prezident Tramp-a söhbətlərinin qeydiyyatını aparıb, çünki başa düşüb ki, Tramp bir gün bu söhbətlərin məzmunu barəsində yalan danışa bilər.

Keçmiş FTB direktorunun sözlərinə görə, prezident ona Rusiyaya dair təhqiqatın dayandırılması barədə birbaşa göstəriş verməyib. Bununla belə prezident Maykl Flinnə dair təhiqatın qurtarmasına ümid etdiyini bildirib. Komi deyib ki, o bunu hərəkət üçün istiqamət kimi başa düşüb.Keçmiş direktorun sözlərinə görə, prezidentin onu vəzifədə saxlaması üçün müqabilində nəsə gözlədiyini hiss edib.

Nə üçün prezidentin Rusiya təhqiqatına və Kominin ona sədaəqli olmasına dair söhbətlərinin qanunsuz olduğunu prezidentin dərhal və açıq şəkildə nəzərinə çatdırmadığına dair suallara cavab verərkən keçmiş direktor sarsıldığını, lakin qətiyyətli reaksiya vermədiyini etiraf edib.

Trampla birgə şam etməyi məsələsinə gəlincə, Komi deyib ki, yemək dəvətini alanda orada başqa adamların da olacağını düşünürmüş. Keçmiş FTB başçısı deyib ki, həmin şamı çıxmaq şərtilə heç vaxt başqa prezidentlə şam etməyib.Keçmiş FTB başçısı deyib ki, vəzifədən Rusiyaya dair araşdırmanı apardığına görə çıxarıldığını düşünür.

Kominin bildirdiyinə görə, vəzifədən çıxardılanadək Tramp onun işi barəsində heç bir tənqid və narazılıq bildirməyib.Dinləmə zamanı Komi Trampın seçki komandası ilə Rusiya rəsmiləri arasında kommunikasiyalara dair suallara açıq dinləmədə cavab verə bilməyəcəyini deyib. Dindirmə başa çatdıqdan sonra ABŞ Senatı Kəşfiyyat Komitəsinin sədri Riçard Barr bəyan edib ki, dinləmələr az sonra bağlı qapılar arxasında davam etdiriləcək.

Ceyms Kominin ifadəsi ona görə kritik hesab olunurdu ki, Konqres keçmiş direktorun danışdıqlarına əsasən Trampın barəsində ədalətə müdaxilə ittihamı ilə impiçment prosedurunu başlada bilər. Doğrudur, Ceyms Komi dindirmə zamanı Trampın ona Rusiya ilə bağlı təhqiqatı dayandırmaq barədə birbaşa təzyiq etmədiyni deyib. Lakin onun Maykl Flinnə bağlı xahişi və FTB direktoruna vəzifədə qalmaq naminə Rusiya təhqiqatını dayandırmaq barədə eyhamlar vurması kifayət qədər ciddi məsələdir. Bu, prezident Trampın düşdüyü vəziyyəti qat-qat mürəkkəbləşdirir.

Hələlik Tramp özü Kominin ifadəsini şərh etməyib, köməkçiləri onu Tvitter-dən təcrid etməyə çalışıblar. Bununla belə Trampın vəkili Mark Kasovits bildirib ki, onlar Kominin özünə qarşı təhqiqatın başladılmasına çalışacaqlar. Çünki keçmiş FTB direktoru prezidentlə özəl söhbətinin detallarını birtərəfli qaydada mətbuata sızdırıb.

Musavat. com Kominin ifadəsindəki 10 detalın diqqəti cəlb etdiyini vurğulayıb:

1. Trampın Komidən istəyi onun özünün təhqiqatı ilə nəticələnə bilər

Komi bildirib ki, Rusiya təhqıqatında Tramp heç vaxt araşdırılmayıb. Lakin, o həm də deyib ki, Trampın ondan Flinni araşdırmağı dayandırmasını istəməsindən sonra o, Ədliyyə Departamentindəki həmkarlarına diqqətli olmalarını tapşırıb.

Bundan əlavə, Komi qeyd edib ki, Trampla görüşləri zamanı qeydlər götürüb və onları Rusiya təhqiqatını aparan xüsusi müşavirə verib.

Dinləmənin əvvəlində Senatın xüsusi kəşfiyyat komissiyasının rəhbəri Riçard Bör Komidən soruşub ki, FTB 2016-cı il seçkiləri ilə əlaqədar olmayan, lakin Rusiya ilə əlaqədar cinayət əməli tapa bilərmi?

Komi bu cavaba “bəli” deyib.

“Hər hansı mürəkkəb təhqiqatda, sən daşları qaldırmağa başladığında bəzən elə şeylər tapırsan ki, təhqiqatın əsas obyekti ilə əlaqəli olmur, lakin mahiyyət etibarılə cinayət əməli hesab edilir” – Komi suala cavab verib.

2. Klintonun elektoron məktubları göründüyü qədər əhəmiyyətli deyildi

Hillari Klintonun elektron ünvanlarının təhqiqatı barədə danışan Komi bildirib ki, keçmiş baş prokuror Loretta Linç FTB-nin araşdırmasını “təhqiqat” deyil, “məsələ” adlandırması üçün ona təzyiq edib. Komi reportyorlara ifadəsində bunun “məsələ” olduğunu bildirmişdi. Lakin nəhayət Komi deyib ki, bu səbəbdən o, FTB-ni Obamanın Ədliyyə Departamentindən uzaq tutmağa səbəb olub.

Klinton seçkilərdən sonra bildirmişdi ki, yaranan insident əhəmiyyətli deyildi. Rusiya təhqiqatına baxanda bu, bəziləri üçün əhəmiyyətli görünməsə də, Kominin dünənki ifadəsindən sonra məlum olur ki, belə bir problem olub.

3. Trampın tvitterı onu çox incidib

Komi deyib ki, onunla görüşlərinin çəkilişini apardığını Trampın tvitterdən yazması Komiyə dolayı yolla təhdid idi və bu da onu qeydləri mediaya yayması üçün dostuna verməyə vadar edib.

Bu barədə emosional danışan Komi Tvitter mesajını gecə yarısı oxuduğunu və bundan sonra hərəkətə keçməyə vadar olduğunu deyib. Kominin məqsədi bununla təhqiqata xüsusi müşavirin təyin edilməsinə nail olmaq olub. Bu həmlə işləyib. Belə ki, baş prokuror müavini Rod Resensteyn Robert Mulleri xüsusi müşavir təyin edib. Nəticə etibarilə həmin qeydlər də xüsusi müşavirin təhqiqatındadır.

4. Komi istəyir ki, həmin çəkilişlər ictimaiyyətə açıqlansın

“Mən ümid edirəm ki, çəkiliş olub” – Komi deyib və əlavə edib ki, bunlar ictimaiyyətə təqdim edilsin. Qeydlər barədə sual verən senator Tom Kottona cavabında Komi “əlbəttə, bunlar da açıqlanmalıdır” cavabını verib.

5. Komi baş prokuror Cef Seşns barədə nəyi demədi?

Baş prokuror Cef Seşnsın Sergey Kişlyakla gizli görüşləri onun martın əvvəllərində Rusiya təhqiqatından uzaqlaşdırılması ilə nəticələnmişdi.

Sabiq FTB rəhbəri Seşnsın təhqiqatdan çəkiləcəyindən şübhələndiyini bildirsədə, açıq dinləməsə səbəblərini müzakirə etməyəcəyini dedi. Seşnsın Kişlyakla görüşməsi barədə xəbəri Washington Post yaymışdı.

6. Kominin ifadəsindən məlum olmur ki, Tramp təhqiqata maneçilik törədib, ya yox

Respublikaçılar və demokratlar doğru cavab ala bilmədikləri üçün məyus olublar. Aydaho ştatının senatoru Cim Riç Komini

“Tramp heç vaxt Flinnin təhqiqatını dayandırmağı istəməyib” deməsi üçün çox sıxışdırdı. Komi isə “bu sözlərlə yox” cavabını verib.

Dinləmənin əvvəlində də Komi bildirmişdi ki, o, təhqiqata hər hansı bir müdaxilə barədə yekun fikir deməyəcəyini Börə deyib.

“Mən deyə bilmərəm ki, prezidentin istəyi bir müdaxilədir, lakin qeyd etməliyəm ki, bu narahatlıq doğuran məsələdir və əminəm ki, xüsusi müşavir yekun qərar verəcək” – Komi deyib.

7. Tramp Senatın təhqiqatında dostlar tapmalıdır

Rusiya ilə əlaqədar Tramp iddiaların əsassız olduğunu və Obamanın onu izlədiyini iddia etmişdi. Hazırda Nümayəndələr Palatasında, kəşfiyyat komitəsinin rəhbəri Devin Nunes Rusiya təhqiqatı ilə birlikdə bu iddiaların araşdırmasını aparır.

Lakin Senat tərəfdən heç kim Komiyə bu barədə sual verməyib. Senator Vip Con Kornin də daxil olmaqla, Rusiya təhqiqatında Ağ Evə kömək edən bəzi hüquqşünaslar diqqəti Trampdan və Rusiyadan daha çox Klintonun elektron məktublarına yönəldib.

8. Tramp yalançıdır

Trampın yalançı olduğuna inandığı səbəbləri Komi təfərrüatı ilə açıqlayıb.

“Təşkilatın dağılması, liderinə inamını itiribmiş kimi iddialarla məni qaralamaq istəyən və daha da önəmlisi FTB-ni qaralamaq istəyən administrasiya yalançıdır, primitivdir” – Komi bildirib. Daha sonra Komi nəyə görə Trampla görüşdüyü zaman qeyd aldığını əsl səbəbini açıqladı. O deyib ki, prezident onun haqqında yalan danışacağını bilirdi.

“Mən bundan çox narahat oldum ki, prezident görüşün mahiyyəti barədə yalan danışa bilər və bu səbəbdən qeydlər aldım və sənədləşdirdim” – Komi deyib.

9. Trampın hüquq müşaviri müdafiə tələb edir

“Bu gün dinləmədən məlum oldu ki, cənab Komi özü təsdiq edir ki, prezident Trampla özəl görüşüb: bu o deməkdir ki, prezident Rusiya müdaxiləsi ilə əlaqədar təhqiqat altında olmayıb. O, həm də qəbul edir ki, Rusiyanın müdaxiləsi ilə bir səsin nəticəyə təsir edəcəyi barədə sübut yoxdur ” – Mark Kasovits Kominin ifadəsindən sonra danışıb.

CNN-nin verdiyi məlumata görə, Kominin yazılı ifadəsini mətbuatda gedən axşamı Kasovits “Tramp” otel ətrafında əlində siqarla gəzişərək, “biz qalib gəldik, Tramp indi təmizdir” deyirmiş.

10. Senatın təhqiqatı davam edir

Dinləmədən sonra Bör bildirib ki, gələn həftə Müllerlə görüşərək Senat və federal təhqiqatın eyni anda aparılacağı barədə danışmaq istəyir. Bör və demokrat Mark Uorner, demək olar ki, bir aydır təyin olunan Müllerlə görüşməyiblər. Hətta bəzi qanunvericilərə görə xüsusi müşavirin təyin edilməsi Konqresin təhqiqatını azaldacaq.

Lakin Kominin ifadəsindən sonra komissiyanın təhqiqat aparmağa qərarlı olduğunu bildirilir. Belə ki, komisisya Kominin qeydlərini əldə etməyə və Mullerlə yanaşı işləməyə çalışacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar