Cəmil Həsənlinin adı bülletendə 6-cı olacaq

Seçkiyə az qalmış paylanacaq təqvimlərdə Cəmil Həsənlinin bülletendəki sıra nömrəsi qeyd olunacaq

Prezident seçkisinə bir həftədən də az zamanın qaldığı bir müddətdə seçki bülletenlərinin çapı başa çatıb. Artıq namizədlərin seçki bülletenində necə sıralanması da məlumdur. Soyadlarının əlifba sırasına uyğun olaraq seçkidə iştirak edən namizədədlərin sıralanması belədir. 1. Ağazadə Iqbal 2. Əliyev Ilham 3. Əlizadə Araz 4. Hacıyev Hafiz 5. Həsənquliyev Qüdrət 6. Həsənli Cəmil 7.Ismayılov Ilyas 8. Quliyev Fərəc 9. Məmmədov Sərdar 10. Oruc Zahid.

Beləliklə C.Həsənli seçki bülletenində 6-cı sırada qeyd olunub. Bəs Milli Şuranın namizədinin Seçki Qərargahı namizədlərinin seçki bülltenindəki yeri barədə seçicilər arasında təşviqat aparmaq, ayrıca təşviqat materialları hazırlamaq niyyəti varmı?

C.Həsənlinin Seçki Qərargahının üzvü, AXCP sədrinin müavini Gözəl Bayramlı vurğuladı ki, Milli Şuranın namizədinin seçki bülletenində 6-cı yerdə qərarlaşması bir simvolik xarakter də daşıyır: “Cəmil Həsənli təşviqat kampaniyası boyunca hakimiyyəti ona ayrılan 6 dəqiqə vaxt ərzində darmadağın etdi. Ona görə bu baxımdan Cəmil Həsənlinin təsadüfi olsa belə altıncı sırada qərarlaşması maraq doğurur. Bu Cəmil Həçsənlinin xalqdan güc almasına, xalqa arxalanmasına bir işarədir”.

C.Həsənlinin təşviqat kampaniyası üçün nəzərdə tutulan bukletlərin çap olunaraq Seçki Qərargahı tərəfindən seçicilərə paylandığını deyən G.Bayramlı vurğuladı ki, seçkiyə bir neçə gün qalmış Milli Şura namizədinin şəkli ilə təqvimlər çap olunacaq. Həmin təqvimlərdə C.Həsənlinin bülletendəki sıra nömrəsinin xüsusi qeyd olunaraq seçicinin diqqətinə çatdırılması nəzərdə tutulub. /Azadliq.info/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar