MASALLIDA DƏHŞƏTLİ QƏTL! - Oğul həyat yoldaşı ilə ata və anasını... (Yenilənib)

qetl_qan_el_sekli_00Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, insident rayonun Miyənkü kəndində qeydə alınıb.

Belə ki, Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı balta ilə qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.

O, sonradan Masallı rayon Polis şöbəsinə gələrək ata və anasının dörd gün əvvəl itkin düşdüyünü bildirib. Lakin hüquq-mühafizə orqanları əməkdaşları A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını həyat yoldaşı Ağayeva Asudə ilə əlbir olaraq qətlə yetirib. Onların hər ikisi saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Masallı rayonunda oğul ata və anasını qətlə yetirib.

“Report”un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Miyənkü kəndində baş verib.

Azər Etibar oğlu Ağayev atası, 1962-ci il təvəllüdlü Etibar Qiyas oğlu Ağayevi və anası, 1962-ci il təvəllüdlü Rəfiqə Qurban qızı Ağayevanı qətlə yetirərək həyətlərindəki tövlədə basdırıb.

Ancaq sonradan ata-anasının dörd gün əvvəl itkin düşməsi barədə Masallı Rayon Polis Şöbəsinə məlumat verib. Əməliyyat qrupu A.Ağayevdən şübhələnərək onu istintaqa cəlb ediblər. Məlum olub ki, o, ata-anasını ailə münaqişəsi zəminində qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar