Tovuzda qadın ailə münaqişəsi zəminində intihara cəhd edib

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aşağı Ayıblı kənd sakini, 1992-ci il təvəllüdlü Tünzalə Fərhad qızı Əliyeva yaşadığı evdə ailə münaqişəsi zəminində əkin sahələri üçün nəzərdə tutulan dərmandan içərək özünü öldürmək istəyib.

Ağır vəziyyətdə yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar