"MARKETE HÜCUM ÜÇÜN 22 000 ÖDƏNİLİB" - İş adamının görüntüləri yayıldı + VİDEO

Dünən Binəqədi rayonundakı “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında baş verən qarşıdurmadan sonra tərəflər bir-birinə qarşı ittihamlar irəli sürməkdə davam edirlər.

Belə ki, “Safastore” mağazası həmin obyektin sahibi Azadxan Xanməmmədovun hadisədən xəbərdar olmaması ilə bağlı onun vəkilinin verdiyi açıqlamanı təkzib edib. Mağazadan “Qafqazinfo”ya daxil olan məlumatda deyilir ki, vəkil Ceyhun Yusifov reallığı əks etdirməyən açıqlama verib. Bundan başqa, mağaza rəhbərliyi iş adamı Azadxan Xanməmmədovun həmin vaxt hadisə yerində olduğunu sübut edən görüntüləri də redaksiyamıza göndərib: “Dünənki hadisələrin təşkilatçıları Azadxan Xanməmmədov, Faidə Sadıqova və Rasət Miriyev olub. Belə ki, bizdə olan məlumata görə A.Xanməmmədovun təşkilatçılığı ilə Faidə Sadıqova tərəfindən qoçu dəstəsinə 22 000 manat məbləğində pul ödənilib. Görüntülərdən göründüyü kimi A. Xanməmmədov 08 iyun 2017-ci il tarixdə səhər saat 05.56 radələrində özünə məxsus 10 LL 272 dövlət nömrə nişanlı “Lexus” markalı maşını ilə, “Riyad” MX-nin əməkdaşlarının müşayəti ilə əraziyə gəlir. Görüntülərdən göründüyü kimi təşkilatçılar və icraçılar fəaliyyətə keçmədən öncə müzakirələr aparırlar. A.Xanməmmədov qolu zorbalı qoçu dəstəsini başına yığaraq onlara təlimat verdiyi açıq aydın görmək mümkündür. Hadisələrin gərginləşdiyini görən A.Xanməmmədov şəxsi maşınında qaçmağa çalışır lakin market əməkdaşları tərəfindən maşının qarşısı kəsilir”.

“Safastore”un açıqlamasında qeyd edilir ki, həmin əmlak 2014-cü ildə mövcud sahibi tərəfindən A.Xanməmmədova böyük həcmdə vəsait ödənməklə alınıb.

Xatırladaq ki, bu gün adıçəkilən iş adamının vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, baş verən hadisənin olayla əlaqədar tutulan Xanməmmədova birbaşa aidiyyatı yoxdur: ““Riyad” Mühafizə Xidməti ilə icara haqqını ödəməsə də, həmin yerdə fəaliyyət göstərən Faiq adlı şəxsin arasındakı mübahisədə iştirak etməmişik. Ümumiyyətlə, orada baş verənlərin şahidi olmamışıq, görməmişik. Mübahisə baş verən zaman əməkdaşlardan biri Azadxan müəllimə telefonla məlumat verəndə o, Nizami rayonu ərazisində olub. Hadisənin necə baş verməsi haqda bizdə heç bir məlumat yoxdur”.

Qeyd edək ki, iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Saytımıza müraciət edən mağaza əməkdaşları mMühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia ediblər. Mağazadan verilən xəbərdə bildirilirdi ki, il yarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Hadisədən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıldığını və 13 nəfər saxlanıldığını açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar