60-cı illərin silahları, onun da hələ beşdə biri gəlib çıxıb...

Rusiyanın Ermənistana silah satışı üçün ayırdığı 200 milyon dollar güzəştli kredit müqaviləsi yerinə yetirilmir. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanın “İnformasiyalı vətəndaşların İttifaqı” adlı QHT-si hökumətə göndərdiyi sorğunun cavabına istinadən bildirir.

Rusiya 2015-ci ilin iyununda Ermənistana silah satışı üçün 200 milyon dollarlıq güzəştli ixrac krediti ayırmaq barədə müqavilə bağlayıb. Müqaviləyə əsasən 2016-cı il fevralından etibarən bu ilin sonlarına qədər Ermənistana Rusiyadan 200 milyon dollarlıq silah və hərbi texnika göndərilməliydi. Bura “Smerç” reaktiv yaylım atəşi sistemləri, avtomobil nəqliyyatı vasitələri, müxtəlif tipli digər siahlar daxildir.

Təşkilat bildirir ki, həmin müqavilədə göstərilən silahlar kifayət qədər köhnədir, ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərinin texnologiyasına əsaslanır. Hərçənd onların arasında nisbətən təzə-10-20 il əvvəlin silahları da var. Ermənistan hökumətinin sorğuya verdiyi cavaba əsasən bu il iyunun 1-nə qədər müqavilə çərçivəsində Ermənistanın kredit öhdəlikləri 35.6 milyon dollar olub. Başqa sözlə, müqavilə üzrə nəzərdə tutulan silahların cəmi 18 faizi çatdırılıb. “Rusiyanın Azərbaycana, İraqa, Suriyaya silahları hansı sürətlə çatdırdığını nəzərə alanda bu lngimənin səbəbi aydın deyil. Baxmayaraq ki, müqavilənin müddətinin başa çatmasına cəmi 7 ay qalıb”-erməni mətbuatı yazır.

Bundan əvvəl Ermənistan Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alıb, ancaq bu raketlər həmin kredit müqaviləsi çərçivəsində deyil, Ermənistan büdcəsindən nəğd ödənişlə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar