ABŞ-dan ərəb ölkələrinə sürpriz Qətər çağırışı - "Sanksiyaları..."

Tillerson, Qətər və bəzi ərəb ölkələri arasındakı diplomatik böhranla bağlı ABŞ Xarici İşlər Nazirliyi binasından açıqlama yayıb.

"AzPolitika.info" xəbər verir ki, ABŞ xarici işlər naziri Reks Tillerson Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misirə müraciət edərək, Qətərə tətbiq olunan sanksiyaların yüngülləşdirilməsini tələb edib.

Qətərə tətbiq olunan sanksiyaların ABŞ-ın hərbi səylərini və İŞİD-lə mübarizəyə maneə törətdiyini ifadə edən Tillerson, "Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirə Qətərə qarşı tətbiq olunan sanksiyaları yüngülləşdirmək çağırışını edirik", deyə açıqlama yayıb.

ABŞ-ın, Küveyt ilə işbirliyini dəstəkləyəcəyini dilə gətirən Tillerson, həll üçün lazımlı addımların atıla biləcəyinə dilə gətirib.

Çıxışında Qətərə də səslənən Tillerson, "Qətər daha əvvəl siyasətdən şiddətə keçən bəzi qrupları dəstəklədi. Buna həll olaraq addımlar atdı, lakin daha çox səy göstərməsi lazımdır", deyə çağırış edib.

ELVİN

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar