«BEZDİK BU QARDAŞ SAVAŞLARINDAN...» - Ərdoğandan İslam dünyasına mesaj + VİDEO

"Biz Qətərə hər cür dəstəyi verməyə davam edəcəyik".

"AzPolitika.info" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Bezdik biz bu savaşlardan, müsəlmanın müsəlmanı qırmasından bezdik. Qətərin terrora dəstək verdiyinə mən şahid olmadım. Biz Qətərə hər cür dəstəyi verməyə davam edəcəyik", deyə sərt açıqlama verib.

Ərdoğan: "Üzülərək ifadə edirəm, son günlərdə Körfəz bölgəsindəki qardaş ölkələr arasında yüksələn təzyiq bütün müsəlmanların ramazan sevincinə kölgə salmışdır. İslam dünyasının bir çox problemlə, çətinliklə boğuşduğu bir dövrdə buna yenilərinin əlavə olunması səhvdir. Bölgəmizin gələcəyinə dair planların, çirkli hesabların dövrəyə alındığı bir müddətdə enerjimizi öz daxili məsələlərimizi istehlak, qıt qaynaqlarımızı boşa xərcləmək əsla doğru deyil. Bu gerçəyin hər kəs tərəfindən bilinməsi lazımdır. Buradan bütün Körfəzdəki qardaşlarıma səslənirəm, Liderlər və Körfəz xalqı sizlərə səslənirəm, qardaş döyüşünün qalibi olmaz, böhtanlarla bir nəticə əldə etmək olmaz. Belə bir döyüşün qazanan tərəfi bölgəmizdəki sabitliksizlikdən, gərginliyi, qan və gözyaşından bəslənən mərkəzlər olacaq", deyə Türkiyə prezidenti müsəlman ölkələrinə müraciət edib.

ELVİN

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar