NAZİRLƏR NATİQ ƏLİYEVLƏ VİDALAŞMAĞA GƏLDİ - FOTOLAR

Energetika naziri Natiq Əliyev dəfn olunub.

DTX-nın Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminin ardından N. Əliyevin cənazəsi II Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

* * *

Bu gün mərhum nazir Natiq Əliyevlə vida mərasimi olub. Nazirin cənazəsi Heydər Məscidində yuyulduqdan sonra Bakı Mədəniyyət Mərkəzinə gətirilib. Rəsmi vida mərasimi saat 12.00-dan 14.00-a kimi davam edəcək. Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.

APA-nın məlumatına görə, baş nazir Artuq Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazirin müavinləri Yaqub Eyyubov, Abid Şərifov, nazirlərKəmaləddin Heydərov, Ramil Usubov, Zakir Həsənov, Samir Şərifov, Əbülfəz Qarayev, Azad Rəhimov, Ramin Quluzadə, baş prokuror Zakir Qaralov, SOCAR prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev, Komitə sədrləri Mübariz Qurbanlı, Ramiz Həsənov, tanınmış azərbaycanlı iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Fərhad Əhmədov və digər şəxslər Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə iştirak edirlər.

Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi "Quran" oxunması ilə başlayıb.

Mərasimdə dövlət və hökumət təmsilçiləri, ictimai-siyasi xadimlər, deputatlar, tanınmış iş adamları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasiminin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

[gallery columns="5" size="full" ids="329379,329380,329381,329382,329383,329384,329385,329386,329387,329388"]

* * *

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə gətirilib.

APA-nın məlumatına görə, mərkəzin səhnəsində qoyulan cənazənin ətrafına Azərbaycan Prezidentindən və digər ünvanlardan göndərilən əklillər düzülüb.

Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Mərasimin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

[gallery size="full" ids="329361,329362,329363"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar