CƏMİL HƏSƏNLİ GƏNCƏDƏ- Şəhərdə fövqəladə vəziyyət -FOTOLAR

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və onun seçkiqabağı təbliğat-təşviqat kampaniyasında iştirak edən lider və funksionerlər bu gün Gəncə şəhərində elektoratla görüş keçiriblər. Görüş qapalı məkanda baş tutub. Bu barədə musavat.com xəbər verib. Seçicilərlər görüşdə AXCP sədri Əli Kərimli çıxış edərək mövcud hakimiyyəti kəskin tənqid edib və ölkənin əksər problemlərinin Əliyev rejiminin hakimiyyətdən getməsi ilə həll olunacağını qeyd edib. Daha sonra prezidentliyə namizəd Cəmil Həsənli çıxış edib. O da hakimiyyətin siyasətini tənqid edib, ölkədə tüğyan edən korrupsiyadan, ədalətsizlikdən, məmur özbaşınalığından danışıb və bildirib ki, bütün bu porblemlərə son qoyulmasının yolu dəyişiklərdən keçir. Azadliq.info-nun məlumatına görə, Cəmil Həsənlinin seçicilərlə görüşü Gəncədə əməlli-başlı fövqəladə vəziyyət yaradıb. Belə ki, hakimiyyət bu görüşdən narahat olduğu üçün Dram Teatrının ətrafı, şəhərin əsas gediş-gəliş yerləri polis nəzarətinə götürülüb. Görüşə gələnlərə müxtəlif maneələr yaradılıb. Əsasən gənclər nəzarətə götürülüb. Məlumatlara görə, bir neçə gənc polis bölmələrinə aparılıb. Gəncə Dövlət Universitetinin tələbələrinə təhsil ocağını tərk etmək qadağan edilib. Teatr binasının qarşısında təmir-tikinti işləri başlanıb. Görüşə gələnlərə mane olmaq üçün tədbir başlayan dəqiqələrdə ərazidə təkər yandırıb, asfalt boşaltmağa başlayıblar. Cəmil Həsənlini Bakıdan müşaiyət edən bir maşın Yevlax postunda saxlanılıb. Maşında 2 jurnalist və 2 hüquq müdafiəçisi olub. Maşını cərimə meydançasına aparıblar. Hüquq müdafiəçiləri və jurnalistlər Gəncəyə taksi ilə getmək məcburiyyətində qalıblar. Şəmkirdən seçiciləri Cəmil Həsənli ilə görüşə gətirən bir mikro-avtobus isə Şəmkir dairəsində saxlanılıb və seçicilərin görüşə getməsinə imkan verməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar