Millimiz Şimali İrlandiya yığmasına məğlub olub - VİDEO

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində altıncı oyununu keçirib. “Report”un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Şimali İrlandiya yığmasını qəbul edib.

"Pley-off" mərhələsinə vəsiqə qazanmaq baxımından böyük əhəmiyyət daşıyan görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+2-ci dəqiqədə Stüart Dallas vurub. Bu qələbədən sonra Şimali İrlandiya 13 xalla 2-ci pillədəki mövqeyini möhkəmlədib. 7 xalı olan Azərbaycan isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının yer aldığı C qrupunda daha iki oyun keçiriləcək. Lider Almaniya San Marinonu, Norveç isə Çexiyanı qəbul edəcək.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VI tur, C qrupu

10 iyun 20:00. Azərbaycan – Şimali İrlandiya - 0:1

Qol: Stüart Dallas, 90+2

Hakimlər: Xavyer Estrada Fernandes, Migel Martines Munuera, Teodoro Sobrino Maqan, Alexandro Xose Ernandes (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 13, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.

Азербайджан - Северная Ирландия 0:1. Обзор матча. Квалификация ЧМ-2018. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar