"Topa 70 faiz sahib olsaq da, qalib gələ bilmədik" - Robert Prosineçki

prosinecki“Çox danışmaq istəmirəm. Futbolda belə hadisələr çox olur. Bir komanda oynayır, digəri qol vurur. Yəqin ki, bizim daha yaxşı oynamağımızla razısınız”.

“Report”un verdiyi məlumata görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Şimali İrlandiya yığmasına 0:1 hesabı ilə uduzan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki oyundan sonral təşkil edilən mətbuat konfransında deyib.

- Bu məğlubiyyətdən sonra futbolçuları oyuna kökləmək çətin olmayacaq ki?

- İndi millinin oyunları tətilə gedirlər. Sonra klublara qoşulacaqlar. Bəziləri avrokubokda çıxış edəcəklər. Sentyabra qədər psixoloji problemin olacağını düşünmürəm.

- Bu gün sanki meydanda “Qarabağ” komandası çıxış edirdi. Bu oyun tərzinə sadiq qalacaqsınız?

- Milliyə gələndə bu sistemlə oynayırıq. Komandamız bu gün səhvsiz oynadı. Dörd real qol şansımız var. Namiq Ələsgərovu cərimə meydançasında yıxdılar, hakim onu görmədi. Topa 70 faiz sahib olsaq da, qalib gələ bilmədik.

- Kamran Ağayev 70-ci dəqiqədən sonra vaxt uzadırdı.

- 70-ci dəqiqədən sonra 2 qol epizodumuz oldu.

- Türkiyə mətbuatı sabah “Bursaspor”la görüşə gedəcəyinizi yazır...

- Bu suala cavab vermək istəmirəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar