Qəddafinin oğlu azadlığa çıxdı! - Liviya hakimiyyəti onu Haaqaya vermədi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Liviyanın eks-lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi Liviyanın qərbindəki zindandan azadlığa buraxılıb və ardınca ölkənin şərqində yerləşən Əl-Bayda şəhərinə gəlib. Özəl mənbələrinə istinadla, bu barədə xəbəri Əl Ərəbiyyə telekanalı yayıb.

Əl İslam Qəddafi ümumi əfvetmə çərçivəsində azadlığa çıxıb. Bu xəbəri «Zintan inqilabçılarının hərbi şurası» öz bəyanatı ilə rəsmi təsdiqləyib.

44 yaşlı Seyf əl-İslam liviya diderinin ikinci kəbindən olan oğludur. O, 2011-ci ilin noyabrında ölkənin cənubunda Zintan üsyançıları briqadası tərəfindən həbs olunub. Ötən dövr ərzində o, «Əbu Bəkr əs Siddik briqadasının» nəzarəti altında olan şəhərlərdən birində məhbus həyatı yaşayıb.

Beynəlxalq cinayət məhkəməsi Qəddafinin oğlunu «insanlığa qarşı cinayət»də ittiham edib və ötən müddət ərzində məhkəmə prosesi aparmaq üçün onun Haaqa məhkəməsinin sərəncamına verilməsinə çalışıb. Ancaq Liviya hakimiyyəti Haaqa məhkəməsinin bu sorğusunu rədd edib və onu vətəndə mühakimyə etməyin vacibliyini israrlayıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar