Yəməndə vəbadan ölənlərin sayı 859 nəfərə çatıb

Cari ilin 27 aprel tarixindən etibarən Yəməndə vəba epidemiyasından ölənlərin sayı 859 nəfərə çatıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilir.

Hesabata görə, ölüm halları Yəmənin 20 əyalətində qeydə alınıb. Vəba əlaməti ilə xəstəxanalara 116 min 700 nəfər müraciət edib ki, onların da 46 faizi yaşı 15-dən aşağı olan uşaqlardır. Yaşı 60-dan yuxarı olan əhalinin isə 33 faizi epidemiyanın qurbanı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar