Şəmkirdə bir saat içində iki avtoqəza baş verib, 3 yaralı var

Qezada-sinmish-padpres-180912Şəmkir rayonunda baş vermiş 2 avtoqəzada 3 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, ilk hadisə Şəmkir şəhərində "Əli bulağı" adlanan ərazidə baş verib.

Burada iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri yaralanıb.

Digər avtomobil qəzası isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. Belə ki, "Qazel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaya parçasına çırpılıb. Nəticədə avtomobildə olan, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü, Səfərov Ceyhun Fəxrəddin oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü, Əliyeva Sədaqət Cəmil qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki qəzada yaralananlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar