I VİTSE- PREZİDENTİN KATİBLİYİNDƏ YENİ TƏYİNATLAR – ADLAR

Dərc olunub: 12/06/2017 - 09:24

mehriban-eliyevaAzərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar olub.
“Report”un məlumatına görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Altay Həsənov Birinci vitse-prezidentin Katibliyinin rəisi təyin olunub, həmçinin digər təyinatlar həyata keçirilib.

Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin strukturu belədir:
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Mehdi Dadaşov
Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev
Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov
Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev (Y.Məmmədəliyev həm də Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiridir).

Xatırladaq ki, bu il mayın 21-də Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.


loading...


Fikrinizi bildirin