“PROBLEM SUYUN TƏRKİBİNDƏDİR” – Epidemiologiya Mərkəzindən xəbərdarlıq

Dərc olunub: 12/06/2017 - 14:32

20160328-rotavirus“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA-ya bildirib ki, “Azərsu” ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərdə su paylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərində su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev qeyd edib ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.

Onun sözlərinə görə, hazırda suda heç bir problem yoxdur və dövlət standartlarının tələblərinə cavab verir: “Amma problemin iyunun 7-də, 8-də, 9-da başladığı məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub, hazırda isə keçib. Amma biz bu vəziyyəti nəzarətdə saxlamaq məqsədilə müayinələr davam etdiririk. 10-15 gün ərzində müayinələr mütəmadi olaraq aparılacaq”.


loading...


Fikrinizi bildirin