Türkiyədə PKK-çılara qarşı əməliyyatda 1 əsgər şəhid olub

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bingöl vilayətində baş verib.

Hava dəstəkli əməliyyatda terrorçuların əraziyə yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 əsgər şəhid olub.

Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar