Qətər Rusiyanın köməyindən imtina etdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Qətərin xarici işlər naziri Mühəmməd bin Əbdül Rəhman Əl Tani bəyan edib ki, hələlik ölkəsi Rusiyanın ərzaq yardımına ehtiyac hiss etmir.

«Ehtiyac yaranacağı təqdirdə, Rusiya bizə öz köməyini təklif etdi, ancaq hazırkı vəziyyətə buna ehtiyac yoxdur» - deyə, ərəb ölkələri tərəfindən Qətərin təcrid olunması məsələsini şərh edən nazir «Rossiya-24» telekanalının efirindən bəyan edib.

Nazir qeyd edib ki, Qətərin vətəndaşları Fars körfəzi ölkələri ilə yaşanan diplomatik münaqişənin nəticələrini hiss etmirlər. Onun sözlərinə görə, heç bir ciddi neqativ nəticə yoxdur.

«Hələlik bizə gərginliyi artıra biləcək hər-hansı samballı arqument və fakt təqdim olunmayıb» - deyə, Əl Tani əlavə edib. O, əmin edib ki, Qətər hakimiyyəti çıxış yolunu danışıqlarda axtaracaq.

Bu ərəfədə, Əl Tani və onun Rusiyalı həmkarı Sergey Lavrov Moskvada görüş keçiriblər. Onlar ərəb ölkələrinin Qətərə münasibəti səbəbilə, yaranmış gərginliyi müzakirə ediblər.

Əl Tani yaranmış vəziyyətdə Rusiyanın göstərdiyi dəstəyə görə, Lavrova təşəkkür edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar