Bakıda sevgilisinin həbs etdirdiyi biznesmen azadlığa çıxdı - Vəkildən açıqlama

Bakıda sevgilisinin şikayəti əsasında həbs edilən biznesmen azadlığa buraxılıb.Bu barədə tanınmış vəkil Adəm Məmmədov öz "facebook'" səhifəsində yazıb.O, şərlənərək həbs edilən müvəkkilinin günahsızlığını sübuta yetirdiyini bildirib.

Vəkil Adəm Məmmədovun məlumatına görə, qadın verdiyi suallara cavab tapmayaraq, istintaq hərəkətini yaramçıq qoyaraq, pərt vəziyyətdə çıxıb gedib: " Hüquqlarını müdafiə etdiyi Mirzəyev İlqar Sahib oğlu AR CM-nin 182.3.2-ci maddəsi ilə ( hədə-qorxu ilə tələb etmə, 10 ildən 15-dək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur) ittiham edilərək həbs olunmuşdu. B. Mehriban adlı xanım bildirib ki, sevgilisi olan Mirzəyev İlqar Sahib oğlu guya onu şantaj edərək 100 min ABŞ dolları dəyərində avtomobilini və hər ay 3 min manat pul verməsini tələb edib. Vəsatətim əsasında onların arasında üzləşdirmə istintaq hərəkəti keçirildi və Mehriban adlı qadını ifşa edərək qeyri-səmimi olduğu aşkara çıxarıldı. Həmçinin, üzləşdirmə zamanı qadın verilən suallara cavab tapmayaraq, istintaq hərəkətini yarımçıq qoyaraq, pərt vəziyyətdə çıxıb getmişdi. Dünən hüquqlarını müdafiə etdiyim və 8 ay həbsdə saxlanılan M.İlqar müstəntiqin qərarı ilə azadlığa buraxıldı. M.İlqarın təqsirsiz olduğunu sübuta yetirdim”.

Qeyd edək ki, Adəm Məmmədov ölkədə ən çox bəraət alan vəkil kimi tanınır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar