"Azərbaycanla müzakirələr aparmağa hazırlaşırıq..." - "DQR"-dən ŞOK açıqlama

Qondarma Dağlıq Qarabağ Respublikası su qaynaqlarının ortaq istifadəsinə dair Azərbaycan hökumətilə müzakirələr aparmağa hazırlaşır. Az.Politika.info-nun məlumatına görə, bu qeyri-adi məlumatı Ermənistanın “NEWS.am” saytı yayıb.

Məlumata görə, Sərsəng su anbarının ortaq istifadəsi ilə bağlı ATƏT-in Minsk Qrupunun ABŞ-lı nümayəndəsi Ceyms Uorlikin təklifini qondarma Dağlıq Qarabağ Respublikasının mətbuat katibi Davit Babayan dəstəkləyib:

“Amerikalı həmsədr Sərsəng anbarının ortaq istifadəsinin iki müstəqil dövlət olan "Dağlıq Qarabağ" və Azərbaycan arasında əməkdaşlıq təməllərindən birinə çevrilə bilər kimi təklif irəli sürüb. Bu olduqca yaxşı fikirdir. Bu iki dövlət arasında güvənin möhkəmlənməsi istiqamətində bir addıma çevrilə biləcəyini ifadə edərək, Dağlıq Qarabağ tərəfi olaraq ortaq istifadə məsələsinin müzakirə edilməsinə hazırıq. Ancaq bənzər addım Azərbaycan tərəfindən də olmalıdır. Bundan əlavə qalan qaynaqların necə istifadə edilməsi və su qarşılığında Azərbaycanın nə verə biləcəyi kimi texniki mahiyyətli məsələlər var. Bu məsələlər Dağlıq Qarabağ və Azərbaycan arasında siyasi dialoqlar əsnasında öz həllini tapa bilər”.

Qeyd edək ki, Rəsmi Bakı Amerikalı həmsədrin bu səpgili çıxışlarına haqlı olaraq çox sərt reaksiya verib. Bunlar Qarabağ separatçılarının maraqlarına xidmət etməkdən başqa bir şey deyil və ABŞ-ın, ümumiyyətlə Qərbin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə riyakar siyasətinin təzahürüdür.

Ülkər Musazadə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar