Bazarda şübhəli ət məhsulları peyda olub - “Bu heyvanların ciyəri yoxdur...”

“Azpolitika.info”ya daxil olan məlumata görə, bazarlarda çəkisi 280-300 kiloqram olan iri heyvanların əti satışa çıxarılır. Bu heyvanların Rusiyadan, bir çox hallarda da xüsusən Kolmıkiya Respublikasından gətirildiyi iddia olunur.

Qəssablar bildirir ki, həmin ətin mənşəyi və kefiyyəti kifayət qədər şübhə doğurur. Belə ki, əsas etibarilə bütpərəstliyə sitayiş edilən və sanitar-gigiyenik baxımından Azərbaycandan çox-çox fərqli situasiyaya malik Kalmıkiyadan gətirilən və bazara çıxarılan heyvanların qara ciyəri satışda yoxdur. Yəni ki, məlum olmayan səbəblərdən satışa çıxarılmır. Bu da həmin heyvanların xəstə olub-olmaması barədə şübhələr yaradır.

Bundan başqa qəssablar bildirir ki, bu heyvanların əksəriyyəti ya camış, ya da həddən artıq yaşlı olan inəklərdir. Belə heyvanların kimlər tərəfindən gətirildiyi barədə məlumat verilmir. Ancaq bir şey məlumdur ki, xüsusilə yay fəslində belə ət məhsullarının satışa çıxarılması qida zəhərlənməsi və digər sanitar problemlər kimi ciddi fəsadlar törədə bilər.

O da bildirilir ki, belə ətin qiyməti yerli istehsalla müqayisədə nisbətən ucuzdur. Görünür, məhz bu mənşəyi şübhəli məhsulun qiymətinə əsaslanan Dövlət Statistika Komitəsi istehlak qiymətlərilə bağlı növbəti yalan məlumatını yayıb. Belə ki, DSK bu ilin yanvar–may aylarını əhatə edən hesabatında bildirir ki, ərzaq məhsullarının qiymətində ucuzlaşma müşahidə olunur: “Cari ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1 faiz bahalaşmış, ərzaq məhsullarının qiymətləri isə 1,3 faiz ucuzlaşmışdır. Ay ərzində düyünün, kərə yağının, pendirin, meyvə şirəsinin, spirtli içkilərin, qəhvə, çay və kakaonun, soğanın, kartofun, yerkökünün, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, balıq məhsullarının, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, tütün məmulatlarının, pomidorun, xiyarın, göyərtinin, kələmin, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur.”

Göründüyü kimi 1-2 məhsulu çıxmaqla, digərlərinin ucuzlaşdığı barədə verilən məlumat həqiqətə uyğun deyil. Guya ucuzlaşan məhsulların sırasına isə mal və qoyun əti də salınıb. Hansı ki, yuxarıda qeyd etdiyimiz, mənşəyi şübhə doğuran iri buynuzlu heyvan ətini nəzərə almasaq, normal mal və qoyun ətinin qiymətində heç bir ucuzlaşma yoxdur və bazardakı durum göstərir ki, ucuzlaşma heç gözlənilmir də.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar