Brus Linin real döyüş kadrları yayımlandı - VİDEO

İnternetdə əfsanəvi karate ustası Brus Linin real döyüş kadrları yayılıb.

Strateq.az bildirir ki, bu yeganə videokadrlarda Brus Li özünün ən yaxşı tələbəsi olmuş Ted Vonqla döyüşür. Çox guman ki, bu kadrlar ABŞ-da, Brus Linin "Cit Kun-Do” məktəbinin yerləşdiyi Kaliforniya ştatında çəkilib. Vonq həmin məktəbdə oxuyub.

Bu döyüşdə ağ əlcəklə döyüşən Brus Li məsafə saxlayaraq rəqibin zərbələrindən bacarıqla yayınır. Vonq ustad tərəfindən bir neçə zərbə alsa da döyüşü davam etdirir.

Videoya qısa zaman ərzində artıq 6 milyondan çox izləyici tərəfindən baxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar