OPEK Azərbaycan nefti barədə

Dərc olunub: 13/06/2017 - 23:32

opekOPEK Azərbaycanda 2017-ci il üçün neft hasilatının sutkada 60 min barrel azalacağını proqnozlaşdırıb. “Trend”in məlumatına görə, bu qurumun neft bazarı üzrə hesabatından məlum olub.
Hesabatda qeyd olunur ki, bu il ölkədə neft hasilatı sutkada 0,78 milyon barrel təşkil edəcək.
2017-ci ilin aprel ayında ölkədə aylıq hesabla neft hasilatı 40 min barrel artaraq 0,8 milyon barrelə çatıb. İllik hesabla isə neft hasilatında 80 min barrel azalma müşahidə olunub.








loading...


Fikrinizi bildirin