«Rusiya ilə güc mövqeyindən danışmaq lazımdır» - Almaniyanın müdafiə naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) müdafiə naziri Ursula fon der Lyayen Rusiya ilə «güc mövqeyi»ndən danışmağa çağırıb.

Onun fikrincə, NATO-nun mövqeyi elə qurulmalıdır ki, «Rusiya ilə ağıllı münasibətlər» yarana bilsin, həm də bu zaman, alyans öz şərtlərini diktə etsin.

Almaniya müdafiə nazirinin bu təklifi Rusiya-NATO münasibətlərinin yeni strategiyası sayıla bilər. Təklif Avropa parlamentinin iclasında səsləndirilib.

Moskvadan gələn təhlükənin səviyyəsi barədə suala cavab verən nazir, Rusiya ilə güc mövqeyindən danışmağın vacibliyini bəyan edərək, onu da bildirib ki, bu zaman siyasi dialoq çərçivəsindən çıxmaq lazım deyil.

«Mövqeyimiz ondan ibarətdir ki, biz, Rusiya ilə ağıllı münasibətlər qurmaq istəyirik, ancaq onu da anlayırıq ki, bu, güc mövqeyindən baş verməlidir» - deyə, fon der Lyayen bəyan edib.

Bununla bərabər, nazir xatırladıb ki, almanlar «40 il ərzində NATO-dan fayda əldə ediblər» və odur ki, şərq sərhədlərinin qorunması məsələsində həyacan hissi ilə tanışdırlar.

«Bu müdafiəni bizim şərq qonşularımızın ixtiyarına verməyin və bu yolla borcun qaytarılmasının vaxtı çatıb» - deyə, alman nazir əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar