NAXÇIVAN-BAKI YOLUNDA "TIXAC" - Yüzlərlə avtomobil MR-dən çıxarılır!
Naxçıvan Muxtar Respublikasında dəqiq sayı bilinməyən çoxlu sayda avtomobilin istismarına qadağa qoyulub. Buna səbəb onların Bakı qeydiyyatında olmalarıdır.
Naxçıvan MR Dövlət Yol Polisi avtomobili Bakı qeydiyyatında olan ("10", "90", "99"-la başlayan dövlət nömrə nişanları) avtomobillərin sahiblərindən ya onları Naxçıvan qeydiyyatına salmağı, ya da MR ərazisindən çıxarmağı tələb edir. Lakin məsələ ondadır ki, istehsal ili 5 ildən çox olan avtomobillərin MR qeydiyyatına götürülməsi qadağan olunduğundan, "10", "90", "99"-la başlayan dövlət nömrə nişanlı avtomobillərin böyük əksəriyyətini Naxçıvanda qeydiyyata saldırmaq mümkün deyil. Belə avtomobilləri sahibləri təcili MR ərazisindən çıxarmalıdırlar. Əks halda onları ciddi cəzalar gözləyir.
"AzPolitika"ya verilən məlumata görə, hər gün Bakı qeydiyyatında olan onlarla avtomobil MR-dən çıxarılaraq, İran ərazisi üzərindən satılmaq üçün paytaxta daşınır. Belə problemlə üzləşən vətəndaşlar DYP-nin bu tələbini qanunsuz və ədalətsiz adlandırırlar. "Bu, Azərbaycan Konstitusiyasının pozulmasıdır", deyə, adının çəkilməsini istəməyən Naxçıvan sakini müxbirimizə bildirib.
V.Nəsibov
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.