Qırğızıstan öz kriptovalyutasını buraxmağa hazırlaşır

Qırğızıstan "GoldenRock" adlı milli kriptovalyutasını emissiya etməyə hazırlaşır."Report" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bu layihə vasitəsilə Qırğızıstan hökuməti qızıl yataqlarının işlənməsinə şəxsi investisiyaları cəlb etməyi planlaşdırır.

Kriptovalyutanın hər vahidinin (token) qızılla təmin edilməsi qərarı alınıb. Yataqların işlənməsindən sonra "GoldenRock" sahibləri onu qızıla dəyişə biləcəklər. Tokenin dəqiq qiyməti hələlik müəyyən olunmayıb.

"İzvestiya" bildirir ki, "GoldenRock" Avrasiya İqtisadi İttifaqında (EAEC) ilk bu tipli dövlət layihəsi olacaq. Qırğızıstan hökuməti bu emissiya ilə 5-40 mln. ABŞ dolları cəlb etməyi planlaşdırıb. Vəsait 40 ton ehtiyatlı qızıl yatağının işlənməsinə sərf olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar