ABŞ-da yaralanan konqresmeninin vəziyyəti ağırlaşıb

ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skalizin vəziyyəti ağırlaşıb.APA-nın xəbərinə görə, bu barədə “MSNBC” telekanalı xəbər verib.

Məlumata görə, S.Skaliz əməliyyat olunsa da, sonradan səhhəti kəskin pisləşib. Bundan əvvəl konqresmenin ombasından yaralandığı, vəziyyətinin isə stabil olduğu bildirilirdi.

Hadisə bu gün Virciniya ştatının Aleksandriya şəhərində baş verib. Stiv Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar