Neftin qiyməti FES-in uçot dərəcəsini artırmasına reaksiya verməyib

Neft bazarlarında qiymətlər ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmasına reaksiya verməyib.

"Report" xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

Faiz dərəcəsi üzrə qərar Bakı vaxtı ilə 22:00-da elan olunub.

Qitələrarası birjada (İCE) keçirilən hərraclar zamanı "Brent" markalı Şimal dəniz neft qatışığının iyul fyuçerslərinin qiyməti saat 21:57-də bir barelə görə 46,99 dollar təşkil edib. 22:17-də isə o, 47,15 dollara qədər artıb, lakin artıq 22:27-də 46,92 dollara düşüb.

Nyu-Yorkun əmtəə birjasında WTI markalı yüngül neftin iyul fyuçersləri saat 21:57-də bir barel üçün 44,72 dollar təşkil edib. Saat 22:17-də onun qiyməti 44,88 dollara qədər artıb, lakin 22:27-də 44,66 dollara enib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar