Kürdəmirdə 17 yaşlı qız intihara cəhd edib

Kürdəmir rayonunda gənc qız dərman içərək intihara cəhd edib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, axşam saatlarında rayonun 2000-ci il təvəllüdlü Ərşəli kənd sakini Yasəmən Soltan qızı Bayramova dərman preparatları qəbul edərək özünü öldürmək istəyib.

Yaxınları Y.Bayramovanı ağır vəziyyətdə görərək dərhal əraziyə "təcili yardım" briqadası çağırıblar. Xəstə ilkin tibbi yardım maşını vasitəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan "Report"a bildiriblər ki, Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə lazımi tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar