Türkiyədə 23 hərbçi azadlıqdan ömürlük məhrum edilib - Çevrilişinə cəhdlə bağlı 

Ankara Məhkəməsi ötən ilin iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd cinayət işi ilə bağlı birinci məhkəmə qərarını çıxarıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, dövlət çevrilişinə cəhd göstərmiş 23 hərbçi azadlıqdan ömürlük məhrum edilib.

Müttəhimlərə Konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd və Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırğanın zorla saxlanılması ittihamları irəli sürülüb. Onlar həmçinin Kasırğanın təcili yardım maşınına yerləşdirilməsi və qiyamçıların qərargahının yerləşdiyi Akınçı aviabazasına gətirilməsində ittiham ediliblər.

İttiham edilən 26 müttəhimdən 23-ü azadlıqdan ömürlük məhrum edilib. İki nəfər bəraət alıb. Prezident Qvardiyasının keçmiş alay komandiri, polkovnik Muhsin Kutsi Barış isə azadlıqdan 12 il məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar