Neftçalada 18 yaşlı qız sirkə turşusundan zəhərlənib

sirkeNeftçala sakini sirkə turşusundan zəhərlənib.

”Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 18 yaşlı Hədiyyə Aydın qızı Sadıqova evdə ikən su əvəzinə sirkə turşusu içib.

O, təcili yardım maşını ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra H.Aslanovanın həyatını xilas etmək mümkün olub.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar