Putin Komini Snoudenlə müqayisə edib - «Ona siyasi sığınacaq verə bilərik»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin ABŞ Federal Təhqiqat Bürosunun (FTB) sabiq başçısı Geyms Kominin Senatda verdiyi ifadəni şərh edib.

Kominin Donald Trampla şəxsi söhbətini lentə alması, sonradan isə əldə olunmuş informasiyanı dostu vasitəsilə kütləvi informasiya vasitələrinə (KİV) ötürməsi Rusiya Prezidentinin təəccübünə səbəb olub.

«O zaman Kominin Snoudenlə nə fərqi olur?» - deyə, Putin sual edib.

Prezident qeyd edib ki, əgər Komi siyasi təqiblərlə üzləşərsə, Moskva ona siyasi sığınacaq verməyə hazırdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp FTB direktoru Ceyms Komini may ayında işdən azad edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar