«Biz, bütün mümkün vasitələrlə Krımı müdafiə edəcəyik» - Putin

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti rejissor Oliver Stouna verdiyi müsahibədə bəyan edib ki, Krım Rusiya Federasiyasının tamhüquqlu parçası olandan sonra, bu bölgəyə münasibət köklü şəkildə dəyişib.

«Əgər biz, öz ərazimizə yönəlik təhlükə görsək - Krım isə bizim ərazimizdir - o zaman, istənilən dövlət kimi, ərazimizi əlimizdə olan bütün mümkün vasitələrlə qoruyacağıq» - Putin bəyan edib.

Yarımadanın Rusiya Federasiyasının «tərkibinə daxil olması» məsələsini şərh edərkən, Prezident deyib ki, «Krımı biləşdirməyi Rusiya yox, Krımın əhalisi Rusiyaya birləşmək məsələsini həll edib».

«Hələ Ukrayna qanunları əsasında seçilmiş parlament - Krımın mütləq legitim parlamenti - referendum elan edib. Krımın parlamenti mütləq çoxluqla Krımın Rusiyaya birləşməsinə səs verib» - deyə, Putin qeyd edib.

Onun sözlərinə görə, Rusiya heç bir «döyüş fəaliyyəti» olmadan, insanların seçkiyə gəlib səs verməsi üçün lazımi şərait yaradıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar