Şəkidə 8 yaşlı oğlan hovuza yıxılaraq komaya düşüb

Şəkidə 8 yaşlı oğlan istirahət mərkəzinin hovuzunda yıxılıb, vəziyyəti ağır qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saatlarında Şəki şəhər Bilallar küçəsi ev 10 ünvanında yaşayan, 2009-cu il təvəllüdlü Ayxan Qurban oğlu Əzizli hələ ki istintaqa məlum olmayan səbəbdən “Marxal” istirahət mərkəzinin hovuzuna yıxılıb. Hadisədən sonra 8 yaşlı Ayxan Əzizli Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan APA-ya bildirilib ki, epilepsiya xəstəliyindən əziyyət çəkən Ayxan Əzizliyə sudaboğulma diaqnozu qoyulub. Komatoz halda olan Ayxan Əzizlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar