Marketlərdə köhnə məhsul satılır - VİDEO

Bakıda marketdən qatıq alan şəxs gördüyü mənzərə qarşısında heyrətlənib. Adətən ağ rəngdə olan qatıq elə kiflənib ki, üz hissəsnin rəngi dəyişib.

"AzPolitika" "Xəzər xəbər"ə istinadla xəbər verir ki, bu mənzərə ilə Bakıda yaşayan Saxvəli Vəliyev qarşılaşıb.

Məhsulun satıldığı marketdən isə bildirilib ki, sözügedən qatıq ''uzun ömür süd məhsulları'' MMC nin məhsuludur. Həmin məhsulda tez-tez belə xarab olma halı aşkarlanır. Buna görə məsuliyyət istehsalçının üzərində düşür. Məhsulun son istifadə tarixi 18 iyun olduğuna görə bu məhsulu satışdan yığışdırmayıblar.

Bu qatığın isthesalçısı olan şirkət ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Buna səbəb isə məhsulun üzərində göstərilən nömrəyə cavab verilməməsi olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, məhsulun vaxtı bitmədən xarab olması o mənaya gəlir ki, onun saxlama şəraitinə əməl edilməyib.Bu hala görə sahibkar 400 ,məhsulun üzərində son istifadə tarixinin oxunaqlı olmamasına görə isə 1500 manat miqdarında cərimə oluna bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar