Enerji ehtiyatlarına nəzarət ABŞ-ın hədəfi deyil - Metyu Brayza

ABŞ-ın xarici siyasətinin bir hissəsi enerji ehtiyatlarına çıxışın, onların dünya bazarına çıxarılmasının və istehlakçılara tədarükünün təmin olunmasından ibarətdir.

Trend-in məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bununla belə ABŞ öz qarşısına enerji ehtiyatlarına nəzarət olunması məqsədini qoymayıb və hətta ABŞ-ın enerji şirkətləri ölkə hökumətinin nəzarəti altında deyil.

M.Brayza qeyd edib ki, bu strategiya çərçivəsində ABŞ Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-

Ərzurum boru kəmərləri layihələrini dəstəkləyib, hazırda isə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstək göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar