«SƏN DƏ MƏNİ VUR, BU MƏSƏLƏ BİTSİN» - Yol polisindən vətəndaşa

Bakı şəhər sakini İsmaili Kənan Qərib oğlu tərəfindən Femida.az-a müraciət daxil olub. Vətəndaş müraciətində iddia edib ki, DYP əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalıb.

O, bildirib ki, hadisə Avtovağzal yaxınlığında baş verib. Vətəndaşın iddiasına görə, 99 YP 692 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Orxan adlı inspektor onu sillə ilə vurub. Hadisə dünən saat 07:49 radələrində baş verib.

“Avtovağzal tərəfdən üzü 20 yanvar metrosu istiqamətinə hərəkət edirdim. Yol Polisi məni saxladı və dedi ki, qoşa xətti tapdamışam. Ona uzun müddət bu yolu getdiyimi və xətti tapdalamadığımı bildiridm. Cavabında isə polis əməkdaşı “yalançıya pis söyüş söyəcəm”, dedi. Polisin söyüşündən sonra bərk əsəbləşdim. Ona vətəndaşı təhqir etmək haqqının olmadığını deyəndə pəncərədən əlini çıxarıb, üzümdən vurdu. Yanında olan digər polis əməkdaşı və mənimlə bir yerdə işləyən oğlan da bunu gördü. Mən ona heç bir müqavimət göstərmədim. Dərhal 102 xidmətinə zəng etdim.”

Kənan İsmaili bildirib ki, polislə arasında yaşanan gərginlikdən sonra onun sənədləri özünə qaytarılıb və heç bir cərimə yazılmayıb.

“Mən 102-yə zəng etdikdən sonra gördülər ki, vəziyyət daha da gərginləşir. Məni vuran inspektor Orxanın yanındaki digər polis “sən də məni vur, məsələ bitsin”, dedi. Cavabında bildirdim ki, vuran olsaydım, elə onu vurardım. Bundan sonra polis gün ərzində yorğun olduqlarını və bilmədən məni vurduğunu bildirdi. Amma bu onlara haqq qazandırmır ki, kimisə təhqir etsinlər.”

Vətəndaş bildirib ki, hadisə ilə bağlı rəsmi şəkildə aidiyyatı qurumlara şikayət edəcək.

Femida.az məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb. Vaqif Əsədov bildirib ki, gün ərzində bu kimi 20-25 müraciət daxil olur. Bütün müraciətlər vətəndaşların iştirakı ilə yüksək səviyyədə araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar