“Kuba ilə razılaşmanı ləğv edirəm” - Tramp

ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarı ləğv edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp Mayamidə çıxış edərkən bildirib.

“Mən tam şəkildə əvvəlki administrasiyasının qərarını ləğv edirəm. Qərar dərhal qüvvəyə minir”, deyə ABŞ prezidenti vurğulayıb.

Tramp Kubanı yeni, hər iki ölkənin maraqlarına cavab edən razılaşma hazırlamağa çağırıb. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar